← Bloqa Qayıt
Bakalavr

Bakalavr — bolonya prosesində iştirak edən ölkələrdə ali təhsil proqramının birinci pilləsini mənimsəyən şəxslərə verilən akademik dərəcə və ya ixtisaslaşma göstəricisidir. Azərbaycanda bu təhsil pilləsinə aparan proqram 1991-ci ildə Xəzər Universiteti tərəfindən hazırlanmış və həyata keçirilməyə başlanmışdır. 1993-cü il qəbul edilən təhsil qanunu bakalavr və magistr dərəcələrini ali təhsilin uyğun olaraq birinci və ikinci pilləsi kimi qanuniləşdirmişdir. Bakalavr üzrə təhsil müddəti 4 ildir. Bakalavr dərəcəsi magistraturaya daxil olmaq hüququ verir.
Bakalavr səviyyəsi üçün qəbul sənədləri:
Xarici pasport (əsli)
Xarici pasportun Ukrayna dilinə tərcüməsi (notariat təsdiqi ilə) – 2 ədəd
Attestat (əsli)
Attestatın Ukrayna dilinə tərcüməsi (notariat təsdiqi ilə) – 2 ədəd
Attestatın apostili
Doğum haqqında şəhadətnamə (əsli)
Doğum haqqında şəhadətnamənin Ukrayna dilinə tərcüməsi (notariat təsdiqi ilə) – 1 ədəd
Tibb arayışı (forma-86) (əsli) və Ukrayna dilinə tərcüməsi – 1 ədəd
Şəkil 3x4 – 12 ədəd
18 yaşına çatmayan tələbələr üçün valideynlərin notarial icazəsi (xaricə çıxış üçün)
Qeyd: Xarici pasport və attestatın bir nüsxəsi Ukrayna ərazisində tərcümə olunub notarial təsdiq olunmalıdır.
