← Bloqa Qayıt
Magistr

Magistr — bolonya prosesində iştirak edən ölkələrdə ali təhsil proqramının ikinci pilləsini mənimsəyən şəxslərə verilən akademik dərəcə və ya ixtisaslaşma göstəricisidir. Azərbaycanda magistr təhsil sistemi 1993-cü ildə qəbul edilən təhsil qanunu ilə ali təhsilin ikinci pilləsi kimi qanuniləşdirilmişdir. Magistratura bakalavr təhsilini başa vurmuş şəxslər üçün nəzərdə tutulur və daha dərin ixtisaslaşma, elmi-tədqiqat və peşəkar hazırlıq məqsədi daşıyır. Magistratura üzrə təhsil müddəti adətən 2 ildir. Magistr dərəcəsi doktoranturaya daxil olmaq və elmi fəaliyyətlə məşğul olmaq hüququ verir.
Magistr səviyyəsi üçün qəbul sənədləri:
Xarici pasport (əsli)
Xarici pasportun Ukrayna dilinə tərcüməsi (notariat təsdiqi ilə) – 2 ədəd
Attestat (əsli)
Attestatın Ukrayna dilinə tərcüməsi (notariat təsdiqi ilə) – 1 ədəd
Diplom (əsli)
Diplomun Ukrayna dilinə tərcüməsi (notariat təsdiqi ilə) – 2 ədəd
Qiymət cədvəli (əsli)
Qiymət cədvəlinin Ukrayna dilinə tərcüməsi (notariat təsdiqi ilə) – 2 ədəd
Diplomun və qiymət cədvəlinin apostili
Doğum haqqında şəhadətnamə (əsli)
Doğum haqqında şəhadətnamənin Ukrayna dilinə tərcüməsi (notariat təsdiqi ilə) – 2 ədəd
Tibb arayışı (forma-86) (əsli) və Ukrayna dilinə tərcüməsi – 1 ədəd
Şəkil 3x4 – 12 ədəd
Qeyd: Xarici pasport, diplom və diplom əlavəsinin bir nüsxəsi Ukrayna ərazisində tərcümə olunub notarial təsdiq olunmalıdır.
