← Назад до блогу
Вартість навчання в Україні

Əyani təhsil almaq üçün ödəniləcək ödənişlər
1) Dəvətnamə
Təhsil üçün dəvətnamə - Ukrayna pasport və viza xidməti departamenti tərəfindən hazırlanmış rəsmi sənəddir. Sənəd tələbənin bu universitetə qəbul olunduğunu və müvafiq təhsil xidmətlərini almaq üçün ölkəyə gələ biləcəyini təsdiqləyir. Dəvətnamənin hazırlanması Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən aparılır. Bu sənəd, verilmə tarixindən etibarən 180 gün müddətində etibarlıdır. Dəvətnamənin ödənişi universitetden aslı olaraq 50 və ya 100 $ dır. Dəvətnamə üçün lazım olan sənədlər: xarici pasport və attestatın scann kopyası (yüksək keyfiyyətli ölçüdə).
2) Şirkət sığortası
Hər bir tələbənin Ukraynaya gəlməsi üçün dəvətnamə alınmalıdı və bu dəvətnaməni Ukraynada qeydiyyata düşmüş və universitetlə müqaviləsi olan şirkətlər əldə edir. Şirkət Siz və universitet arasında vasitəçi rolunu oynayır. Şirkətin öhdəliyi Sizə əvvəlcədən lazım olan sənədlər haqqında ətraflı məlumatları vermək, oların hazırlanmasında, tərcüməsində köməklik etmək, universitetə sənəd qəbulu zamanı Sizi universitet müqaviləsi ilə tanış etmək, anketin və digər sənədlərin doldurulmasında köməklik etməkdir. Həmçinin təhsil müddəti ərzində yaranacaq sualların və çətinliklərin həllində köməklik görsətməkdir. Qiyabi tələbələr üçün sessiya imtahanlarına çağrış sənədinin hazırlanmasını və göndərilməsini təşkil edir. Şirkət sığortası universitetdən və təhsil formasından aslı olaraq dəyişir, universitetə qəbul vaxtı ödənilir və müddəti Siz təhsilinizi bitirəcəyiniz vaxta qədər etibarlıdır.
3) Universitetin illik təhsil haqqı
Universitetdən aslı olaraq təhsil haqqı dəyişir. Qəbul zamanı Sizinlə müqavilə bağlanılır. Müqavilədə oxuyacağınız illərdə təhsil haqqı əvvəlcədən qeyd olunur və bu qiymət siz oxuduğunuz müddətdə dəyişmir. Əyani tələbələr üçün birinci kursda yarım il və ya bir il təhsil haqqı ödənilir. Qalan illərdə ildə 4 dəfə ödəniş edə bilərsiniz. Qiyabi tələbələr üçün ödəniş ildə 2 dəfə sessya başlanğıcında ödənilir.
4) Ukrayna ərazisində qeydiyyat
Qiyabi tələbələr üçün qeydiyyata ehtiyac yoxdu, Azərbaycan və Ukrayna arasında vizasız rejim olduğu üçün hər bir tələbə yarım il Ukrayna ərazisində qalmaq hüququna malikdir. Eyani tələbələr Ukrayna ərazisinə gəldikdən sonra 3 ay ərzində qeydiyyata düşməlidir. Sizə təhsil aldığınız müdət ərzində qeydiyyat sənədi olan "виднажителство" verilir. Lazım olan sənədlər *xarici pasport, *şəxsi məlumatlar və sərhədin kəsişməsinə dair qeyd olan səhifələrin surəti, *fərdi məlumatları olan pasport səhifələrinə Ukrayna dilinə tərcüməsi və natarialnı təsdiqi - 2 nüxsə (tərcümə və təsdiq Ukrayna ərazisində olmalıdır), * 3,5 ilə 4,5 sm - 4 şəkil, *yaşayış qeydiyyatına dair sənəd (yataqxana və ya şəxsi mülk), *sağlamlıq sığortası, *dövlət rüsumlarının ödənilmiş bank qəbzləri. Dövlət rüsumu təxminən 4 il ərzində 500-600$ təşkil edir.
5) Yataqxana və ya şəxsi mülk
Qeydiyyat üçün yaşayış ünvanı və bunu təsdiqləyən sənəd şərtdir. Yataqxanaların qiyməti 300 başlayıb hər universitetdə dəyişir. Əgər Sizin şəxsi mülkünüz varsa və ya kiraye qalırsızsa o vaxt bunu təsdiq edəcək sənədi görsdətmək qəbul vaxtı kifayət edir.
6) Tibbi sığorta
Hər bir tələbənin Ukrayna ərazisində tibbi sığortalanması şərtdir. Bu sığorta əsasında pulsuz tibbi yoxlanış, tələbə xəstəxanasında pulsuz müayinə oluna bilərsiz.
Qiyabi təhsil almaq üçün ödəniləcək ödənişlər
1) Dəvətnamə
Təhsil üçün dəvətnamə - Ukrayna pasport və viza xidməti departamenti tərəfindən hazırlanmış rəsmi sənəddir. Sənəd tələbənin bu universitetə qəbul olunduğunu və müvafiq təhsil xidmətlərini almaq üçün ölkəyə gələ biləcəyini təsdiqləyir. Dəvətnamənin hazırlanması Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən aparılır. Bu sənəd, verilmə tarixindən etibarən 180 gün müddətində etibarlıdır. Dəvətnamənin ödənişi universitetden aslı olaraq 50 və ya 100 $ dır. Dəvətnamə üçün lazım olan sənədlər: xarici pasport və attestatın scann kopyası (yüksək keyfiyyətli ölçüdə).
2) Şirkət sığortası
Hər bir tələbənin Ukraynaya gəlməsi üçün dəvətnamə alınmalıdı və bu dəvətnaməni Ukraynada qeydiyyata düşmüş və universitetlə müqaviləsi olan şirkətlər əldə edir. Şirkət Siz və universitet arasında vasitəçi rolunu oynayır. Şirkətin öhdəliyi Sizə əvvəlcədən lazım olan sənədlər haqqında ətraflı məlumatları vermək, oların hazırlanmasında, tərcüməsində köməklik etmək, universitetə sənəd qəbulu zamanı Sizi universitet müqaviləsi ilə tanış etmək, anketin və digər sənədlərin doldurulmasında köməklik etməkdir. Həmçinin təhsil müddəti ərzində yaranacaq sualların və çətinliklərin həllində köməklik görsətməkdir. Qiyabi tələbələr üçün sessiya imtahanlarına çağrış sənədinin hazırlanmasını və göndərilməsini təşkil edir. Şirkət sığortası universitetdən və təhsil formasından aslı olaraq dəyişir, universitetə qəbul vaxtı ödənilir və müddəti Siz təhsilinizi bitirəcəyiniz vaxta qədər etibarlıdır.
3) Universitetin illik təhsil haqqı
Universitetdən aslı olaraq təhsil haqqı dəyişir. Qəbul zamanı Sizinlə müqavilə bağlanılır. Müqavilədə oxuyacağınız illərdə təhsil haqqı əvvəlcədən qeyd olunur və bu qiymət siz oxuduğunuz müddətdə dəyişmir. Qiyabi tələbələr üçün ödəniş ildə 2 dəfə sessya başlanğıcında ödənilir.
